Xəbər lenti

Dünya 13:25 10.01.2024

Zelenski elan olunmamış səfərlə Litvaya gəldi

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü, yanvarın 10-da elan olunmamış səfərlə Vilnüsə gəlib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Teleqram" kanalında məlumat verib.

Zelenski Litva prezidenti Gitanas Nauseda, Baş nazir və Seymin spikeri ilə danışıqlar aparacaq. O, siyasi qüvvələrin nümayəndələri və ukraynalılarla da görüşəcək.

Ukrayna prezidenti bildirib ki, müzakirə edilməsi planlaşdırılan mövzular arasında təhlükəsizlik, Ukraynanın Aİ və NATO-ya inteqrasiyası, radioelektron mübarizə və pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq, Avropa dəstəyinin gələcək koordinasiyası var.

"Və əlbəttə ki, dərin minnətdarlığımızı bildiririk. Bütün 10 illik müharibə boyu, xüsusən indi, tammiqyaslı işğalın başlanmasından sonra Ukraynaya güzəştsiz dəstəyə görə”, deyə onun postunda qeyd edilir.

Zelenski Litvadan sonra Latviya və Estoniyaya səfər edəcək.

Bundan əvvəl mətbuatda Ukrayna prezidentinin gələn həftə İsveçrəyə səfər edə biləcəyi, yanvarın 15-dən 19-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcəyi barədə məlumat yayılıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->