Dünya 13:01 11.03.2023

Zelenski “Rusiya” adının "Moskoviya” kimi dəyişdirilməsi petisiyasına reaksiya verdi

Ukrayna prezidenti Vladimir Zelenski müvafiq petisiyaya cavab olaraq bildirib ki, Ukrayna dilində "Rusiya” əvəzinə "Moskoviya” sözünün işlədilməsi məsələsi işlənib hazırlanmalıdır. Müvafiq iş baş nazir Denis Şmıxala həvalə edilib.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, petisiyanın müəllifləri həm də "Rusiya” və "Rusiya Federasiyası” terminlərinin "Moskva” və "Moskva Federasiyası” ilə əvəz edilməsini xahiş edirlər. Noyabrın 23-də baxılmaq üçün təqdim edilən təşəbbüsü 25 mindən çox insan dəstəkləyib – bu qədər şəxs petisiyaya Ukrayna prezidenti tərəfindən baxılmasını istəyir.

Zelenskinin cavabında deyilir ki, petisiyada qaldırılan məsələ "həm tarixi və mədəni kontekst müstəvisində, həm də mümkün beynəlxalq hüquqi nəticələri nəzərə alaraq diqqətlə öyrənilməsini tələb edir”. O, həmçinin qeyd edib ki, işə elmi ictimaiyyət də cəlb olunmalıdır.

Alpər