Dünya 12:42 12.03.2024

Zelenski: “Viktor Orban çox təhlükəli oyun oynayır – Trampla bir yerdə”

Prezident Vladimir Zelenski bildirib ki, cəmiyyətlərdə müxtəlif fikirlər olsa da, Avropa liderlərinin 90%-i hazırda Ukraynanın tərəfindədir.

Qaynarinfo xəbər verir ki, Le Monde və BFMTV- yə müsahibəsində o, Rusiyanın tammiqyaslı hücumundan əvvəl Avropanın çox dağınıq olduğunu, lakin işğalın onu Ukrayna ətrafında birləşdirdiyini söyləyib. "Və məhz bu dəstək sayəsində Ukrayna Rusiyanı dayandıra bildi", - prezident qeyd edib.

Eyni zamanda Zelenski deyir ki, Macarıstan baş naziri Viktor Orban bəzən "çox təhlükəli oyun oynayır”. "Bu, ilk növbədə Macarıstanın özü üçün təhlükəlidir. Bu ölkə işğalın nə olduğunu, faşist rejiminin hansı nəticələrə gətirib çıxardığını bilir və mən təəccüblənirəm ki, Budapeştin Ukrayna ilə bağlı mesajları radikaldır. Trampla bir yerdə oynamaq heç nə verməyəcək. O, müstəqil liderdir. Heç kim zəif dostlara sahib olmağı xoşlamır”.
Ukrayna prezidenti hesab edir ki, 2022-ci il fevralın 24-dək Avropa Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı çoxlu səhvlərə yol verib. Məsələn, hamı onu sakitləşdirmək mümkün olduğunu nümayiş etdirmək üçün "Putinin əlini sıxmağa” çalışırdı.

"Hər şeyin yanlış olduğu ortyaya çıxdı. Krımın işğalından və Donbasdakı müharibədən sonra kifayət qədər güclü mövqe olmadı. Dünya Putini öz yerində oturtmalı idi. Onda aqressiyadan sonra hamı ABŞ-a baxdı: Sanksiya tətbiq edədəckmi? Avropa və ABŞ liderlik nümayiş etdirməli və sərt sanksiyalar tətbiq etməli idi. Nəhayət, silah tədarükünün ləngiməsini nəzərə alsaq, üçüncü səhv riski var: dünyanın diqqəti Ukraynadan yayınacaq”, - o xəbərdarlıq edir.
Zelenski jurnalistin Ukraynanın Almaniyadan uzaqmənzilli "Taurus” raketlərini alacağını gözlədiyinə dair sualını Almaniya kansleri Olaf Şoltsa yönləndirib.

Xatırladaq ki, dekabrda Macarıstanın baş naziri Viktor Orban Avropanın Ukraynaya 50 milyard avro məbləğində yardımına veto qoymuşdu. Ölkənin böyük müharibənin ildönümü ilə bağlı birgə bəyanata mane olduğu da bildirilib.

Yayda Macarıstan hökuməti Rusiya ilə danışıqlara çağırdığı "Sülh vaxtıdır” adlı video yayımlayıb. Bu videoda Ukraynanın işğal olunmuş Krımsız xəritəsi göstərilib.

Donald Trampla bu yaxınlarda keçirdiyi görüşdən sonra Orban ABŞ-ın keçmiş prezidentini "sülh adamı”, Aİ rəhbərliyi və Amerika hökumətini isə "müharibə meyilli” adlandırıb.

Alpər