Dünya 11:00 20.12.2022

Zelenskidən Gürcüstana Saakaşvili ilə bağlı çağırış

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan hökumətini həbsdə olan eks-prezident Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsinə imkan verəcək qərar qəbul etməyə çağırıb.

Qaynarinfo bu barədə Volodimir Zelenskinin müraciətinə istinadən xəbər verir

O, Saakaşvilinin hazırda ağır vəziyyətdə olduğunu vurğulayıb və onun başına gələnləri istehza adlandırıb. Ukrayna prezidenti həmçinin Gürcüstanı onu Ukraynaya və ya başqa xarici klinikaya müalicəyə göndərməyə çağırıb.

"Xüsusilə Milad vaxtı mərhəmət göstərilməlidir. Mixaillə baş verənlər istehzadır. Bu, Gürcüstana yaraşmır. Buna son qoyulmalıdır. Xahiş edirəm, onun həyatını xilas edə biləcək qərar verin. Mixail Saakaşvilini Ukraynada, başqa bir Avropa ölkəsində, Amerikada olan klinikalardan birinə köçürün. Bu yaxşı addımı atmağın əsl vaxtıdır”, deyə Zelenski bildirib.

Nizami Bağırov