Xəbər lenti

Siyasət 12:08 22.11.2023

Zərdüşt Əlizadə: “Paşinyan öldürülə bilər, amma...”

"Bu vəziyyətdə ən müxtəlif senarilər baş tuta bilər, amma biz bu barədə ancaq ehtimal irəli sürə bilərik".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə qarşıdakı dövrdə Ermənsitan baş naziri Nikol Paşinyana qarşı sui-qəsd törədiləcəyi və yaxud bu ölkədə çevrilişin ola biləcəyi barədə məlumatları şərh edərkən deyib.

Zərdüşt Əlizadə qeyd edib ki, bu barədə hansısa bir siyasətşünas, politoloq, jurnalist proqnoz verə bilməz:

"Bunu yalnız ehtimal edə bilərlər. Amma hansısa dəqiq məlumatın olması mümkün deyil. Adətən, gizli təşkilatların planları barədə yalnız ehtimallar qurmaq olar. Bu mənada, Paşinyana qarşı sui-qəsdin təşkil ediləcəyi və yaxud Ermənistandakı Rusiyapərəst qüvvələrin çevriliş edib-etməyəcəkləri barədə nəsə demək mümkünsüzdür. Vəziyyətdən asılı olaraq, hər şey baş verə bilər".



Politoloq bildirib ki, Paşinyanın devilməsinin sülh danışıqlarına hər hansı bir formada təsiri olmayacaq:

"Paşinyanın devrilməsi fonunda başqa bir erməninin rəhbərliyə gəlişilə heç nə dəyişməyəcək. Gələn hər hansı bir erməni rəhbəri Cənubi Qafqazdakı qüvvələr nisbətini dəyişmək gücü və qabiliyyətində olmayacaq. Bu birmənalıdır. Azərbaycanla Ermənistan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi labüddür".

Qeyd edək ki, Ermənistanın son zamanlar Rusiyaya münasibətdə yürütdüyü siyasət fonunda Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oqtay axar.az-a Moskvanın yaxın zamanlarda Paşinyana qarşı sui-qəsd təşkil edəcəyini və yaxud bu ölkədə çevrilişin ola biləcəyini deyib:

"Son olaraq Ermənistanın KTMT-nin Minskdə keçiriləcək sammitdə iştirakdan və yardımlardan imtina etməsi, üstəlik "Toçka-U” sistemlərinin Ukraynaya verilməsi ilə bağlı razılıq haqqında xəbərlər yeni mərhələnin başladığını göstərir. Digər  tərəfdən isə fikir verin, Fransanın "Bastion”ları Ermənistana göndərilir, arxasınca Gürcüstan müdafiə naziri də İrəvana gedir. Baş verənlər bizə artıq Ermənistanla NATO arasında da hansısa razılığın əldə olunduğunu deməyə əsas verir. Bu isə tamamilə Rusiyaya arxa çevirib Gürcüstan kimi Qərbə inteqrasiya yolunu tutmaq deməkdir. Fikrimcə, qarşıdakı vaxtlarda Ermənistandakı rusmeyilli qüvvələr çevriliş edə, yaxud Paşinyan sui-qəsdə məruz qala bilər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->