İdman 18:30 25.01.2023

"Zirə" 50 dəqiqə geridə olduğu oyunda inamlı qələbə qazandı

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, "Zirə" doğma meydanında "Sumqayıt"ı qəbul edilib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 4-cü dəqiqədə qonaqlar açıblar. Vüsal İsgəndərli adını tabloya yazdırıb. Meydan sahibləri 50-ci dəqiqədə Dmitrios Çantakiasın qolu ilə tarazlığı bərpa edib. 73-cü dəqiqədə Loris Bronyo paytaxt təmsilçisini önə keçirib. 6 dəqiqə sonra isə Toni Qomes yekun hesabı müəyyənləşdirən qolu vurub.

Bu qələbə ilə xallarını 31-ə çatdıran "Zirə" 4-cü pillədəki yerini qoruyub. 12 xalı olan "Sumqayıt" isə 9-cu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, "Qarabağ" isə səfərdə "Turn Tovuz"a qalib gəlib - 3:2. Tura yanvarın 26-da keçiriləcək "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.