2023/24 mövsümü üçün transfer çalışmalarına start verən "Sumqayıt” ilk transferini reallaşdırıb.
Qaynarinfo-nun məlumatına görə klub son mövsümü "Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovla 3 illik müqavilə imzaladığını açıqlayıb.
2017-2020-ci illərdə də Sumqayıt komandasının şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib. Millimizdə 1 matçda iştirak etmiş qapıçı son iki mövsümdə "Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.
Səbuhi Həsənov
Şərhlər