Dünya 10:12 17.10.2023

Zurabişvili istefa verməkdən imtina etdi

Gürcüstan prezidenti Salome Zurabişvili televiziya ilə çıxışı zamanı bildirib ki, o, Konstitusiya Məhkəməsinin qərarından sonra istefa vermək niyyətində deyil. Oktyabrın 16-da məhkəmə Salome Zurabişvilinin hökumətin qadağasına zidd olaraq xaricə səfər edərək qanunu pozduğunu müəyyən edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Exo Kafkaza” yazır.

"Mən heç yerə getmirəm, istefa vermirəm. Mən olduğum yerdə qalacağam, həyatım boyu harada olmuşam və nə üçün (Fransadan-red.) gəldiyim yerdə qalacağam, burada qalmışam və ölkəmizin Avropa gələcəyi və demokratiya üçün mübarizə aparıram”, deyə prezident deyib.

O, Konstitusiya Məhkəməsinin qərarına da münasibət bildirib və qeyd edib ki, hakimlər belə qərar çıxardıqlarına görə utanmalıdırlar. Onun sözlərinə görə, parlamentin impiçmentlə bağlı səsvermənin keçiriləcəyi iclasda iştirak edəcək.

Bazar ertəsi, oktyabrın 16-da Konstitusiya Məhkəməsinin sədri Merab Turava bildirib ki, məhkəmənin qərarı impiçment prosedurunun başlanmasına imkan verəcək, lakin o, ilk növbədə parlament tərəfindən təsdiqlənməlidir. Əgər 100 deputat impiçmentə səs versə, Salome Zurabişvili prezidentlikdən uzaqlaşdırılacaq. İmpiçment üzrə məhkəmə oktyabrın 3-də başlayıb. Buna səbəb prezidentin Konstitusiyanın 52-ci maddəsinin tələbinə zidd olaraq hökumətin razılığı olmadan avqust və sentyabr aylarında bir sıra ölkələrə, o cümlədən Almaniya və Fransaya səfərləri olub.

Nizami Bağırov