Xəbər lenti

Siyasət 13:42 26.04.2024

İlham Əliyevin Almaniya səfəri və dünyaya verilən mesajlar (ŞƏRH)

"Prezident İlham Əliyevin Berlində keçirilən "XV Petersberq İqlim Dialoqu"nun Yüksəksəviyyəli Seqmentində iştirakı təkcə Almaniya ilə Azərbaycan arasındakı münasibətlər baxımından deyil, eyni zamanda Avropa İttifaqı və Cənubi Qafqaz arasındakı gələcək əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb edir". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

Ekspert bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti kansler Olaf Şolts, Almaniya prezidenti və xarici işlər naziri ilə görüşəcək:



"Prezident İlham Əliyevin COP29-a ev sahibliyi edəcək dövlət başçısı kimi tədbirdə çıxış edəcək. Dövlət başçısı çıxışında Azərbaycanın qlobal iqlim dəyişikliyinə dair mübarizədə baxışını və imkanlarını təqdim edəcək. Qarabağ savaşından sonra enerji sektorunun şaxələndirməsi, daha dəqiqliklə desək, qazma enerjidən alternativ enerjiyə keçid Azərbaycan siyasətin prioritetini təşkil edir. Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı olduğundan qlobal iqlim dəyişikliyinə öz töhfəsini verə bilər. Artıq bu istiqamətdə konkret layihələr hazırlanıb və həyata keçirilməsi yönündə işlər görülməkdədir. COP29-u bundan öncəki toplantılarından fərqləndirən cəhəti isə iqlim dəyişikliyi məsələləri ilə yanaşı, bu sahənin maliyyələşdirilməsi məsələsi müzakirə olunacaq. 

Berlində keçirilən Petersberq İqlim Dialoqu çərçivəsində də əsas müzakirə predmeti iqlim dəyişikliyi məsələləri və bu sahənin maliyyələşdirilməsi, investisiya məsələsi müzakirə ediləcək. Çünki iqlim dəyişikliyi məsələsində məqsədlərə nail olmaq üçün iş adamlarının iştirakı zəruridir. Bu sahəyə investisiyalar olmadan qlobal iqlim dəyişikliyinə nail olmaq qeyri-mümkündür. Qlobal enerjiyə keçid yalnız "təmiz enerji" və texnologiyalara özəl və dövlət sərmayələrin qoyulması, həmçinin emissiyaların ölçülməsi və hesabatı üçün ədalətli, aydın sistemin yaradılması sayəsində uğurlu ola bilər". 



Mürtəza Bünyadlı bildirib ki, Petersberq İqlim Dialoqu Bakıda keçiriləcək COP29-da müzakirələr üçün aydın istiqamətlər müəyyən edəcək:

"Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə bağlı təqdim edəcəyi baxış və imkanlar ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun artmasına öz müsbət töhfəsini verəcək. Azərbaycana investisiyalar qoyulması, iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin yaradılması baxımdan mühüm əhəmiyyət kəsb edəcək. Süni intellektin, yeni texnologiyaların tətbiqi baxımdan önəmi vurğulamaq yerinə düşər. Bölgədə dayanıqlı sülhün və əməkdaşlığın əldə edilməsinə öz töhfəsini verəcək. Regional əməkdaşlığın təmin ediməsinə müsbət təsirini göstərəcək. Yeddincisi, Azərbaycan-Almaniya əlaqələri baxımdan bu səfər çox mühüm əhəmiyyət kəsb edir. Çünki son aylarda iki ölkə arasında dinamik təmaslar mövcuddur. Aİ-nin iqtisadi cəhətdən lokomotivi hesab edilən Almaniyanın Cənubi Qafqazda, xüsusən Azərbaycanda və Mərkəzi Asiyada böyük marağı var". 

Ekspert hesab edir ki, Almaniya rəsmiləri ilə keçiriləcək görüşlərdə iki ölkə arsındakı gələcək əməkdaşlıqla yanaşı, regiondakı vəziyyət, Ermənistanla aparılan sülh danışıqları, sərhədlərin delimitasiyası, iqtisadi və regional iqtisadi layihələr, o cümlədən COP29 və bu məsələdə Azərbaycanın rolu müzakirə ediləcək:

"Hesab edirəm ki, Bakı Almaniyanın Azərbaycana olan bu marağından maksimum faydalanmalıdır. Bu həm bölgədə Azərbaycana qarşı olan Avropa ölkələrinin zərərsizləşdirilməsi, həm Aİ ilə Azərbaycan arasında daha sıx siyasi, iqtisadi, enerji sahəsində münasibətlərin qurulması, həm də ölkəyə investisiya qoyuluşu, ölkə iqtisadiyyatına alman texnologiyasının cəlb edilməsi baxımdan əhəmiyyətlidir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->