Xəbər lenti

Dünya 14:25 25.04.2024

ABŞ gizli şəkildə Ukraynaya 100-dən çox uzaq mənzilli ATACMS göndərib - NYT

ABŞ gizli şəkildə Ukraynaya uzun mənzilli ATACMS raketləri göndərib. Üstəlik, Ukrayna qüvvələri Krımda aerodroma və Ukraynanın cənub-şərqində rus qoşunlarına zərbələr endirərək onlardan uğurla istifadə edib.

Qaynarinfo The New York Times qəzetinə istinadla xəbər verir ki, keçən həftə ABŞ sakitcə Ukraynaya uzun mənzilli ATACMS raketlərinin partiyasını göndərib.
 
Söhbət 100 ədəddən çox olan partiyadan gedir.

Fevralın ortalarında ABŞ prezidenti Co Bayden 100-dən çox daha uzun mənzilli raketlərin, eləcə də kasetli sursatların digər variantlarının göndərilməsi qərarını gizli şəkildə təsdiqləyib. Silahlar mart ayında Ukraynaya 300 milyon dollarlıq göndərişin bir hissəsi olub.
Ağ Ev Ukraynaya raket göndərilməsini gizlədib ki, ruslar bundan yararlanmasın. Əgər Kreml raketlərin artıq yolda olduğunu bilsəydi, onlar dərhal öz əsas anbarlarını və qərargahlarını raketlərin təsir dairəsindən geri çəkməyi əmr edərdilər.

ABŞ Ukraynanın bu uzaqmənzilli raketlər tələbini rədd edib, lakin Bayden fikrini dəyişib və bunun səbəbləri olub. Rusiya Ukraynaya getdikcə daha çox ballistik raketlər atmağa başlayıb, ona görə də Kiyev bu təhdidlərin qarşısını almağa kömək edə biləcək silah tələbini artırıb.

60,8 milyard dollarlıq yardımın bir hissəsi olaraq Ukraynaya əlavə uzaqmənzilli raketlər göndəriləcək. Prezident Vladimir Zelenski tərəfdaşların yardımını şərh edərkən, Ukraynanın artıq az miqdarda silah aldığını və istifadə etdiyini, çox güman ki, onlardan istifadəni Rusiyadan gizli saxladığını qeyd etməyib.

Nəşrin məlumatına görə, Ukrayna artıq Rusiyanın Krımdakı hədəflərinə ATACMS raketlərini atıb.

"Bu zərbələr bir daha sübut etdi ki, Ukrayna lazımi alətlərə malik olarsa, döyüş meydanında qələbələr qazana bilər. Ukrayna Rusiyanın Krımdakı bütün aktivlərini, o cümlədən kritik silah-sursat və yanacaq anbarlarını hədəfə ala bilər. Təsəvvür edin ki, onlar iki il əvvəl bu raketlərə malik olsaydılar, nə oları", - Missisipi ştatından senator Rocer Uiker deyib.

Bununla belə, ABŞ hərbi rəsmiləri xəbərdarlıq ediblər ki, onların ATACMS arsenalları nisbətən kiçikdir və raketlər Pentaqonun Koreya yarımadası da daxil olmaqla digər hərbi planları üçün nəzərdə tutulub. Sistem istehsalçısı Lockheed Martin şirkətinin məlumatına görə, 1980-ci illərdə raketin hazırlanmasından bəri cəmi 4000 ATACMS istehsal edilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->