Xəbər lenti

Ölkə 21:57 22.07.2023

Şabranda mikroavtobus aşdı - 6 nəfər xəsarət aldı

Şabran rayonunun Zağlı kəndi ərazisində "Ford” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

"Report"un Şimal bürosunun məlumatına görə, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->