Xəbər lenti

Foto 17:12 14.07.2023

“Açıq mikrofon” aksiyası Əliabad kəndində keçirildi (FOTOLAR)

SOCAR "Azəriqaz” İB-nin "Səyyar qəbul otağı” həftəlik işini Biləsuvar rayonunda daha dəqiq desək, Əliabad kəndində yekunlaşdırıb.

Qaynarinfo xəbər verir ki, aksiyaya qatılan sakinlərdən 15-i müraciətini ünvanlayıb.

Bunlardan da 12-si Əliabad kəndinin genişlənmiş hissəsində salınan 48 evin sakinləri adından səslənib. Qeyd edilən hissədə yaşayan vətəndaşların istəyi isə həmin yeni yaşayış massivin qazlaşdırılmasından ibarət olub.

Görüşdə səsləndirilən müraciətlər aidiyyəti üzrə yönləndirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?