Xəbər lenti

Ölkə 14:11 21.01.2024

Ağdamda mina partladı: Xəsarət alan var

Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Qayanrinfo-ya bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?