Xəbər lenti

Ölkə 15:52 03.09.2023

Azərbaycanın bu kəndləri ayıların hücumuna məruz qalıb (FOTOLAR)

Son günlər Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun dağlıq kəndləri ayıların hücumuna məruz qalır.

"Report”un yerli bürosu xəbər verir ki, kəndlərdə ayıların çoxalması sakinləri təşvişə salır.

Rayonun dağ kəndlərinin, o cümlədən də Kükünün sakinləri ayıların peyda olmasından təşvişə düşüblər. Sakinlər qeyd edirlər ki, ayılar onların böyük zəhmətlə ərsəyə gətirdiyi təsərrüfat sahələrinə və bal arıları yeşiklərinə ziyan vururlar. Bunlar bir yana, vəhşi heyvanlar onların həyatına təhlükə törədərək təşviş yaradırlar.

Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar hətta günün istənilən saatında həyətlərdə gözə dəyir, alma, armud yeyirlər. Yırtıcı heyvanlar ovlarını dağda deyil, bağlarda axtarır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->