Xəbər lenti

Ekonomiks 17:39 20.05.2023

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir

Növbəti həftə (22.05.2023 və 24-26.05.2023 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək vətəndaşlarla "Açıq mikrofon” aksiyası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı), 3-ci günü Şəki rayonunda (Əliyar kəndi), 4-cü günü Balakən rayonunda (Heydər Əliyev Mərkəzi), 5-ci günü Zaqatala rayonunda (Mədəniyyət Evi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->