Xəbər lenti

Ekonomiks 15:32 21.04.2024

Bakıdan sonra ən çox fərdi sahibkar hansı regiondadır? (SİYAHI)

2024-cü il aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 341 min 825 nəfərdir.

Qaynarinfo Yeniavaz.com-a xəbər verir ki, hər dörd fərdi sahibkardan üçü "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "Nəqliyyat və anbar təsərrüfatı” və "Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.

Fərdi sahibkarların sayının iqtisadi fəaliyyət növləri üzrə bölgüsü aşağıdakı kimidir:



Qeyd edək ki, ən çox fərdi sahibkar Bakı şəhərində qeydiyyatda alınıb. Bu il aprel ayının 1-ə olan məlumata əsasən, ölkənin paytaxtında 356 min 500 fərdi sahibkar var ki, bu da ümumi sahibkarların 26,6 faizi deməkdir. Bakıdan sonra ən çox fərdi sahibkar isə Lənkəran-Astara iqtisadi rayonunda qeydiyyata alınıb – 137 min 397. Bu isə ölkə üzrə ümumi sayın 10,2 faizi deməkdir.

Fərdi sahibkarların sayının iqtisadi rayonlar üzrə bölgüsü isə aşağıdakı kimidir:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->