Xəbər lenti

Ölkə 09:54 28.11.2023

Bu rayonlara ilk qar yağdı (FOTO)

Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına ilk qar yağıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq yağan yağış sonradan qara çevrilib.

Daşkəsən, Gədəbəy və digər dağlıq rayonlara ilk qar yağıb.

Temperaturun aşağı düşməsi və qarlı hava şəraiti səbəbindən hələ ki fəsad qeydə alınmayıb.

Qeyd edək ki, dünəndən etibarən Qərb bölgəsində küləkli, yağıntılı hava şəraiti müşahidə olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?