Xəbər lenti

Ölkə 21:05 06.12.2023

Daşkəsəndə at oğrusuna hökm oxundu

Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində fermerlərin atlarını oğurlayan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1982-ci il tarixdə Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş Aydın Ocaqov (soyad şərti) saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

O, sözügedən kənddə fermerə məxsus dəyəri 800 manat olan tünd şabalıdı rəngli erkək atını, dəyəri 400 manat olan şabalıdı rəngli dişi (madyan) atını və onu dəyəri 80 manat olan balasınlı - dişi atını, ümumilikdə 1280 manat dəyərində olan 3 rəst atı gizli yolla oğurlayıb.

Aydın yenidən Xoşbulaq kəndində qəbirsanlıq yaxınlığında nəzarətsiz qalmış başqa bir fermerə məxsus dəyəri 450 manat olan qəhvəyi rəngli dişi (madyan) atını, həmin atın balalarını (dəyəri 350 manat və dəyəri 150 manat olan iki erkək at), ümumilikdə 950 manat dəyərində olan 3 atı oğurlayıb. 

Təqsirləndirilən şəxs oğurladığı 6 atı Gədəbəydə satıb. 

Məhkəmənin hökmü ilə Aydın 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?