Xəbər lenti

Foto 13:21 21.04.2024

Əkbər Əliyev vəfat etdi (FOTO)

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib.

Bu barədə mərhumun yaxınları Metbuat.az-a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika Institutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdən sonra aprelin 21-də dünyasını dəyişib.

Ailə üzvlərinin verdiyi məlumata görə, alim uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Mərhum alimlə vida mərasimi bu gün saat 14:00-dək Məhəmməd Hadi küç., 63a ünvanında keçiriləcək. Vida mərasimindən sonra mərhum Dədə Qorqud qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->