Xəbər lenti

Ölkə 19:47 24.04.2024

Firuzə İbadova: "Cavanşirsiz səhnəni tərk edirəm"

"Cavanşirsiz səhnəni tərk edirəm”.


Bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildirib.


30 ildən çox mərhum Əməkdar artist Cavanşir Məmmədovla duet ortağı olan F.İbadovanın verdiyi məlumata görə, o bu gündən etibarən səhnəyə əlvida deməyi qərara alıb.


"Cavanşirsiz səhnəyə çıxmağa son qoydum. Daha efirlərdə görməyəcəksiniz məni. Onunla bərabər gəldim, o getdi, mən də daha yoxam! - deyən Firuzə xanım dəvət aldığı toylardan da uzun müddət imtina etdiyini vurğulayıb. - Bir də nə vaxtsa xarici ölkədə səhnəyə çıxma ehtimalım ola bilər... Əlvida, səhnə!”


Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də qəfil vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->