İsmayıllıda ağır yol qəzası baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllının Tircan ərazisində baş verib.
Qəza nəticəsində Hindistan əsilli 6 vətəndaş ağır dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Onlardan ikisinin vəziyyəti ağırdır.
DİN-in Şəki regional qrupundan bildirib ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər