Xəbər lenti

Dünya 23:32 19.04.2024

İsrailin İrana hücumunun arxasında nə dayanır? - "Bild"in təhlili

Hər şey onu göstərir ki, İranın İsfahan şəhəri yaxınlığındakı hava bazasına hücumu məhz İsrail ordusu həyata keçirib. Lakin İsrail hakimiyyəti ənənəvi olaraq bu zərbəni şərh etmir. 

Qaynarinfo xəbər verir ki, "Bild" İrana hücumun nəticələrini təhlil edib və əsaslarını sadalayıb.

* İsrail göstərdi ki, hətta ABŞ prezidenti Co Bayden tərəfindən də özünü küncə sıxışdırmağa imkan verməyəcək. İsrail hakimiyyəti nümayiş etdirdi ki, nə ABŞ, nə Böyük Britaniya, nə də Almaniya yəhudi dövlətinin rəqiblərinin hücumlarına necə cavab verəcəyinə görə məsuliyyət daşımır.

* İsfahan aviabazasına hücum göstərir ki, İsrail İranda nisbətən sərbəst fəaliyyət göstərə bilər. Hadisələrin İran versiyasında pilotsuz təyyarələrin İran sərhədini keçmədiyi, ölkə daxilində buraxıldığı bildirilir.

* İsrail aviabazaya hücumda iştirakını rəsmən təsdiqləmədən İrana hərəkət azadlığı verib. İran hakimiyyəti əvvəllər İsrailin əks hücuma keçəcəyi təqdirdə maksimum eskalasiya ilə hədələsə də, rejim də öz növbəsində hücumun nəticələrini kiçik hesab edib.

* İran hakimiyyəti böyük ehtimalla bu hücuma cavab verməyəcək. Yüzlərlə dron və pilotsuz uçuş aparatının istifadə olunduğu sonuncu kütləvi zərbə əslində heç bir nəticə vermədi.

* İran təcrid olunub. "Bild"in məlumatına görə, ərəb ölkələri - Misir, İordaniya və Səudiyyə Ərəbistanı bu səhər İsraili İranın yeni hücumu halında gələn raketləri vurmağa kömək edəcəklərinə inandırıblar.

* Bütün qorxuların əksinə olaraq, İsrail qəsdən eskalasiya etməyib. Hava bazasına zərbə məhdud və yüksək dəqiqlikdə olub. Eyni zamanda, İsrail, görünür, İran ərazisindəki nüvə obyektlərini məhvetmə hədəfi hesab etmirdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->