Xəbər lenti

Ölkə 17:17 08.12.2023

Kamran Əliyev Şuşa və Göygölə prokuror təyin etdi

Şuşa rayonuna prokuror təyin edilib.

Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nəriman Əsədov Şuşa rayonuna prokuror təyin edilib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən, Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, N.Əsədov bu təyinatadək Baş рrоkurоr yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş İdаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb. R.Həsənov isə bu təyinatadək Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?