Xəbər lenti

Ölkə 13:55 17.11.2023

Karantin cərimələrini ödəməyənlərə "stop" qoyula bilər? - Vəkil

"Məhkəmə qərarı olmadan kiminsə ölkədən çıxışına qadağa qoyula bilməz”. 

Bunu Qaynarinfo-ya vəkil Əkrəm Həsənov pandemiya dövründə karantin şərtlərinə əməl etmədiklərinə görə cərimələnən şəxslərin ölkədən çıxışından danışarkən deyib. 

Vəkil bildirib ki, istəlinən şəxsin borcu, cəriməsi varsa, onu ödənməlidir:
 


"Əgər kimlərsə həmin cəriməni qanunsuz hesab edirlərsə, cərimədən şikayət verilməli idi. Verilməyibsə, cərimə qüvvədədirsə, onlar ödənməlidir. O ki qaldı həmin şəxslərin ölkədən çıxşına qadağa qoyulmasına, bunu yalnız məhkəmə edə bilər. Belə bir məhkəmə qərarı yoxdursa, istəlinən adam ölkəndən çıxa bilər”. 

Əkrəm Həsənov qeyd edib ki, bununla bağlı cərimələnən şəxslərə bildiriş gəlməlidir:

"Pulu olub və cərimənni ödəmirsə, məsuliyyətə cəlb oluna bilər. Məsuliyət ya 30 sutka həbs, ya da əlavə cərimə bilər. Məhkəmə qərarı yoxdursa, sadəcə, polisin yazdığı cərimədirsə, dövlət cəriməni onun maaşından və yaxud da əmlakından tuta bilər”. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?