Xəbər lenti

İdman 22:35 05.04.2024

Kvaratsxeliya "Barselona" yolunda

İtaliyanın "Napoli" klubunun hücumçusu Xviça Kvaratsxeliya "Barselona"ya keçə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Nəşrin iddiasına görə, artıq "Barselona" nümayəndələri 23 yaşlı forvardın menecerləri ilə danışıqlara başlayıb.

Xviça Kvaratsxeliya 2022-ci ilin iyulunda Batumi "Dinamo"sundan 13,3 milyon avroya "Napoli"yə keçib. Ötən mövsüm İtaliya çempionu olan Kvaratsxeliya cari mövsümdə oynadığı 38 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Martın 26-da o, Gürcüstan millisi ilə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->