Xəbər lenti

Foto 11:35 23.04.2024

Moskvada qətl işi üzrə altı azərbaycanlı həbs edildi (FOTO)

Moskvanın Zamoskvoretski Məhkəməsi parkinq mübahisəsinə görə bir nəfərin öldürülməsi işi üzrə altı müttəhimi həbs edib. 

Qaynarinfo "The İnsider”ə istinadən xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat yayıb

İstintaqın məlumatına görə, aprelin 17-də yerli sakin Kirill Kovalyov 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasova avtomobilini girişdə səkidə saxladığına görə irad tutub. Münaqişə zamanı Abbasov qohumlarını "münaqişənin həllinə” çağırıb və onlar birlikdə "Kovalyovun qətlini törətmək qərarına gəliblər”. Nəticədə təqsirləndirilən şəxs Kovalyova bıçaqla xəsarət yetirib, daha sonra hadisə yerindən qaçıb. Kovalyov ertəsi gün xəstəxanada ölüb.

Məhkəmənin məlumatına görə, həbs edilənlər Şahin Abbasovun özü, atası Nizami, əmisi Bəxtiyar, Şahinin qardaşı Şöhrət, Bəxtiyarın oğlu İsaxan və ailənin ortaq dostu Nahid Hüseynovdur.

Abbasov iki qohumu ilə birlikdə aprelin 19-da Rostov vilayətində saxlanılıb. Daha sonra Abbasovun atası, əmisi və tanışı saxlanılıb. Saxlanılanların hamısı bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olan adam öldürmədə ittiham olunurlar (RF-nin Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi, "İ” və "J” bəndləri).

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->