Xəbər lenti

Ölkə 10:18 21.11.2023

Naxçıvanda daha bir təyinat

Şahbuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, Ayşən Əsgərova Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Ayşən Əsgərova bu təyinatadək Heydər Əliyev adına Hərbi Liseydə bölmə rəisi vəzifəsində çalışıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->