Xəbər lenti

Ölkə 13:26 26.04.2024

Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib.

Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun müvafiq Sərəncamına əsasən, Sahir Kamil oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->