Xəbər lenti

Ekonomiks 14:53 15.04.2024

OBAdan "Lay`s” AL, HƏDİYYƏ QAZAN! - MÜSABİQƏ

Xalqın yaxın və qonşu marketi olan "OBA” marketlər şəbəkəsi məşhur "Lay's” markası ilə yeni müsabiqəyə start verib.

Qaynarinfo-ya daxil olan məlumata görə, 15 aprel – 15 may tarixlərini əhatə edən müsabiqə "OBA Market” mobil tətbiqi üzərindən keçirilir.
Belə ki, qeyd edilən tarixlərdə "OBA” marketlər şəbəkəsinin bütün filiallarında ən azı 1,9 AZN dəyərində "Lay's” məhsulu alan 18 yaşdan yuxarı hər bir şəxs müsabiqə iştirakçısına çevrilə bilər.

Qeyd edək ki, hər həftə ən çox alış-veriş edən 7 nəfər qalib  seçiləcək. Qaliblərin seçimi 8, 16, 22 may və 3 iyun tarixlərində həyata keçiriləcək. 

Qaliblər hər həftə Mi Elektrik Skuter 3 Onyx, Black BHR4854L, Toshiba LED Televizor 55C350LE, Kondisioner Beko BBFDO 090, Soyuducu Indesit TIA 16, Paltaryuyan HOFFMANN VSL-6100W, Tozsoran Samsung VCC4520S36/XEV, Ətçəkən Gorenje MG1500XG məhsullarına sahib ola biləcəklər.

15 aprel – 15 may tarixləri ərzində ən çox "Lay's” məhsulları alışı edən şanslı müştəri əsas hədiyyə olan UEFA Superkubok oyununa 2 bilet əldə edəcək.

Müsabiqə haqqında ətraflı məlumat almaq üçün vebsaytımızın "oba.az/laysalqazan” bölməsinə keçid edə bilərsiniz.


18 yaşına çatmış hər kəs müsabiqədə iştirak edə bilər.
 
Müsabiqə "OBA Market" tətbiqi üzərindən aparılır. Müsabiqədə iştirak etmək üçün tətbiqi Google Play, Apple App Store və App Gallery-dən yükləyib qeydiyyatdan keçmək lazımdır. Şəxsi məlumatlar mobil tətbiqdə tam olaraq doldurulmalıdır: Ad, soyad, ata adı, cins, doğum tarixi. 

Ana səhifədə müsabiqə bannerinə kliklənərək müsabiqədə iştirak təsdiqlənməlidir.

Şəxsi məlumatlar doldurulduqdan sonra "Müsabiqə qaydaları ilə razıyam və iştirakımı təsdiq edirəm” düyməsi kliklənməlidir. Düymə klikləndikdən sonra iştirakçı müsabiqə nömrəsi əldə edir. Müsabiqə nömrəsi mobil tətbiqin ana səhifəsində əks olunur.

Müsabiqədə iştirak təsdiqləndikdən sonra "OBA Market" mobil tətbiqinin skan olunması ilə  1,9 AZN və üzəri "Lay’s” məhsulları alış-veriş edilməlidir. Hər tamamlanmış 1,9 AZN-lik "Lay’s” məhsulu alış-verişi müsabiqədə 190 reytinq xalı qazandırır. Çekdəki "Lay’s” məhsullarının ümumi məbləği 100-ə vurulmaqla reytinq xalı hesablanacaq (1,9 AZN x100= 190 xal deməkdir).

Bir çekdə maksimum 7 AZN  dəyərində "Lay’s” məhsulu ola bilər.

Nümunə: İstifadəçi bir qəbz üzrə  8.79 AZN-lik "Lay’s” məhsulu aldıqda maksimum limiti keçdiyi üçün 700 reytinq xalı qazanmış olacaq (7*100=700)

Həftəlik qalib seçiminədək şəxsi məlumatlar doldurulmadıqda və müsabiqədə iştirak təsdiq edilmədikdə həmin həftədə qazanılmış reytinq xalı qalib seçimində iştirak etmir. 

Həftəlik ən çox alış-veriş edən 7 nəfər möhtəşəm hədiyyələrin sahibi olacadır. Qalib seçimi tarixləri: 1-ci müsabiqə həftəsinin (15 – 21 aprel) qalibləri 8 may, 2-ci müsabiqə həftəsinin (22 – 28 aprel) qalibləri 16 may, 3-cü müsabiqə həftəsinin (29 aprel – 5 may) qalibləri 22 may və 4- cü müsabiqə həftəsinin (15 aprel – 15 may) qalibi 3 iyun tarixində elan olunacaqdır.

Hədiyyələr qaliblərə qazanıldığı gündən 14 gün ərzində təqdim ediləcəkdir.

Müsabiqədə iştirak xalı verən məhsul geri qaytarılarsa və alış qəbzində qeyd olunan məhsullar geri qaytarılmış məhsul dəyərində qazanılmış reytinq xalı itirilir.

Qəbz üzrə alınan "Lay’s” məhsullarına görə müvəqqəti olaraq (müsabiqə bitənədək)  keşbek hesablanmayacaq.

3 iyun keçiriləcək bilet seçimi istisna olmaqla, bir müsabiqə nömrəsi bütün həftəlik seçimlərdə yalnız bir dəfə qalib ola bilər. 

Qaliblər "OBA Market”in sosial media hesablarında (İnstagram və Facebook) elan olunacaq.

Müsabiqədə qazanılacaq hədiyyələr: UEFA Superkubok oyununa bilet (ən çox alış-veriş edən şəxs qazanacaq), Skuter, Televizor, Kondisioner, Soyuducu, Paltaryuyan, Tozsoran, Ətçəkən maşın.

UEFA Superkubok bileti yalnız qalibin adına və istədiyi 1 nəfərin adına rəsmiləşdiriləcəkdir. Əgər qalib keçərli səbəblərdən (sənədlə təsdiq olunmalı) finala gedə bilməzsə bilet 1-ci dərəcəli (ana, ata, bacı, qardaş) ailə üzvlərinə etibarnamə ilə ötürülə bilər.

Yuxarıda qeyd olunan şərtlərdən imtina olunarsa, yəni qalib UEFA Superkuboka getmək istəmədiyi halda prosedur olaraq hədiyyə 15 aprel- 15 may tarixləri aralığında mobil tətbiqi skan etməklə ən çox Lay’s alışı edən 2-ci şəxsin adına rəsmiləşdiriləcəkdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?