Xəbər lenti

Ölkə 14:17 16.02.2024

Ordumuzun mövqeləri atəşə tutuldu

Ermənistan Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Qayanarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?