Xəbər lenti

Ölkə 10:12 29.09.2023

Pandemiya yenidən qayıda bilər? - Professordan cavab

Pandemiya bitib və bu o deməkdir ki, bu virusla yenidən baş qaldıra bilməz. Həm COVİD-19 virusuna yoluxan xəstələrin, həm də vaksin olunanların hesabına infeksiya zənciri qırılıb. Demək olar ki, onlarda immunitet formalaşıb.
 
Bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
 
Professor bildirib ki, buna baxmayaraq, COVİD-19 pandemiyasını törədən virus tamamilə sıradan çıxmayıb:
"Onun Omikron ştammının mutasiya variantları davam edir və bu variantlar müxtəlif şəkildə özlərini göstərir. Virusun yoluxuculuğu xeyli yüksəlib, lakin onun öldürücülük qabiliyyəti aşağı düşüb. Əlbəttə, bu, bir müddət davam edəcək və nəticədə virus tamamilə yoxa çıxacaq. Digər variantda isə insanlarda hər il soyuqdəymə törədən adi viruslardan birinə çevrilə bilər. Nə qədər ki, virus tamamilə yoxa çıxmayıb, insanlar karantin qaydalarına əməl etməlidirlər. Artıq insanlar bunu pandemiya təcrübəsindən bilirlər".
 
Adil Qeybulla qeyd edib ki, payız vaxtı xəstəliklərin çəkisi artır:
 
"Bu dövrdə təmiz havada gəzmək, idmanla məşğul olmaq, vitaminli qidalar qəbul etmək, fiziki aktivliyi artırmaq məqəsədəuyğundur".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?