Xəbər lenti

Dünya 21:35 23.04.2024

Qadın şam yeməyində keçmiş ərinin ailəsini göbələklə zəhərləyib - 3 nəfər ölüb

Avstraliyada keçmiş ərinin valideynlərinə və bibisinə naharda zəhərli göbələk verməkdə ittiham olunan qadın 3 qətl və 5 adam öldürməyə cəhddə ittiham olunur.

Qaynarinfo "NBC News" istinadən xəbər verir ki, 49 yaşlı Erin Patterson keçən ilin noyabrında həbs olunduğundan bəri saxlandığı Melburn həbsxanasından video bağlantısı vasitəsilə qısa müddətə Latrobe Vadisi Magistrates Məhkəməsinə qoşulub.

O, keçmiş qayınata və qayınanasını - hər ikisibnin 70 yaşı olan Don və Geyl Pattersonu, Geyl Pattersonun bacısı, 66 yaşlı Hizer Uilkinsonu öldürməkdə ittiham olunur. Onlar keçən ilin iyulunda Pattersonun evində yemək yedikdən sonra xəstəxanada ölüb. 

Qadın həmçinin keçmiş əri Simon Pattersonu həmin naharda və 2021-ci ilə aid əvvəlki üç hadisədə öldürməyə cəhddə ittiham olunur.

Erin Patterson həmçinin Hizer Uilkinsonun əri, 68 yaşlı Yan Uilkinsonu öldürməyə cəhddə ittiham edilir. Yan Uilkinson nahardan sonra 7 həftə xəstəxanada qalıb.

Polis zəhərlənən ailə üzvlərinin simptomlarında zəhərli göbələk - vəhşi "Amanita phalloides" aşkarlayıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->