Xəbər lenti

Ekonomiks 10:40 13.03.2022

Ruslan Əliyev Şamaxı və Qobustan sakinlərinin müraciətlərini dinləyəcək

"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Şamaxı rayonunda vətəndaşları qəbul edəcək.

Birlikdən Qaynarinfo-ya verilən məlumata görə, sabah saat 11:00-da Şamaxı rayon Mədəniyyət Mərkəzində baş tutacaq görüş zamanı Şamaxı və Qobustan rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Ağsu Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->