Xəbər lenti

Ölkə 12:01 16.12.2023

Sabiq icra başçısı və deputat vəfat etdi (FOTO)

Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı İnqilab Nadirov bu gün vəfat edib.

O, 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İnqilab Nadirov 1976-1988-ci illər ərzində Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olub.

İnqilab Nadirov 25 aprel 1940-ci ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. O, 1991-1995-ci illərdə Azərbaycan Respublikası ilk Milli Məclisinin üzvü olub, 1994-1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsində işləyib.

İnqilab Nadirov "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqinda” konstitusiya aktınının qəbul edilməsində, yeni konstitusiyanın qəbulolunmasında,müstəqil Azərbaycan Respublikası dövlət rəmzlərinin hazırlanmasında və qəbul olunmasında, "Əsrin Müqaviləsi”nin bağlanmasında, yeni dövlət quruculuğunun bir çox qanun və qərarlarının hazırlanmasında və qəbul edilməsində, bir sözlə, Müstəqil Azərbaycan Dövlətinin yaradılmasında(bərpa edilməsində) bir millət vəkili kimi fəal iştirak edib.//Bakupost.az 
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?