Xəbər lenti

Ölkə 09:42 20.01.2023

Səhiyyə naziri: "Hazırda ölkədə hər hansı dərmanın kəskin qıtlığı yoxdur"

"Hazırda ölkədə hər hansı dərmanın kəskin qıtlığı yoxdur".

"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, dünyada baş verən son hadisələr səbəbindən dərman istehsalında istifadə olunan xammalın qiymətinin artırılmasına gətirib çıxarıb:

"Bu da müəyyən dərmanların qiymətində nisbətən artıma səbəb olur. Vəziyyət daim nəzarət altındadır. Lazımi tədarüklər görülüb, ehtiyac həcmləri təmin edilib. Dərmanların qiymətini Tarif Şurası müəyyən edir. Strateji baxımdan vacib olan dərmanların qiyməti nəzarət altındadır və bu tənzimlənir".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?