Xəbər lenti

Ölkə 21:59 22.06.2023

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 603 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 33 nəfərdir.
Ölkədə son sutka ərzində 649, hazırkı dövrədək isə 7 640 012 test aparılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?