Xəbər lenti

Ölkə 17:25 15.01.2024

Taleh Qaraşovun qar sınağı: Kənd və qəsəbələrlə əlaqə kəsilib! (FOTO/VİDEO)

Azərbaycanın əksər bölgələrinə olduğu kimi, Lənkərana da qar yağıb. 

Qayanrinfo-nun məlumatına görə, yağan qar Lənkəranın şəhər, qəsəbə və kəndlərində yolları iflic vəziyyətə salıb. 

13 yanvar tarixindən bu günə kimi Lənkəranda bir çox kəndlərlə şəhər arasında əlaqə kəsilib. Əksər yollar qar örtüyündən təmizlənmir. 

İnsanlar Lənkəran Rayon İcra Hakimiyyəti Taleh Qaraşovun fəaliyyətindən narazılıqlarını açıq şəkildə dilə gətirirlər. Vətəndaşlar İcra Hakimiyyəti və aidiyyatı qurumların təbiət hadisəsinin yaratdığı problemlərə öncədən hazırlaşmamasından narazılıqlarını ifadə edirlər.
 


İcra başçısı qar yağmazdan əvvəl qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verməli idi. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanaraq, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların imkanları da cəlb edilməli idi. 

Amma indi nə Taleh Qaraşovdan xəbər var, nə də texnikalar gözə dəyir. 

Yollar qar örtüyü ilə bağlanıb, işıq dirəkləri və kabel xətləri qırılıb. Rayonda bütün komunnal sistemlər sıradan çıxıb. Yalnız bu gün səhər Bakıdan göndərilən texnikaların hesabına rayonun bəzi yerlərinə elektrik enerjisinin verilişi bərpa edilib. 

Amma bir çox kənd və qəsəbələrdə yollar qar örtüyündən hələ də bağlı olaraq qalır. Xəstələr təcili yardım avtomobili ilə xəstəxanalara çatdırıla bilmir. İnsanlar bütün bu problemlərin səbəbini Taleh Qaraşov və İcra Hakimiyyətuində görür...

Əhməd


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?