Xəbər lenti

Maqazin 22:37 15.04.2024

Toyu təxirə düşən aktrisadan qadınlara məsləhət: "Enerjinizi kişilərə sərf etməyin"

Məşhur amerikalı aktrisa Meqan Foks sevgilisi Kolson Beykerlə ləğv edilən toy fonunda qadınlara müraciət edib.

Qaynarinfo xəbər verir ki, ulduz qadınları özlərinə daha çox vaxt ayırmağa və enerjilərini kişilərə sərf etməməyə çağırıb. Aktrisa əmindir ki, kişilər qadını yormaq üçün hər şeyi edirlər.

Qeyd edək ki, Foks və Bayker təxminən bir ay əvvəl nişanı atıblar, lakin cütlük hələ də münasibətdədir. Hazırda sevgililər çətin dövr yaşayır, münasibətlərini bərpa etməyə çalışırlar. Meqan Malibuya köçüb, Beyker isə Encinodakı ortaq mülklərində qalır.

Münasibətlərdəki problemlər fonunda aktrisa "Instagram" səhifəsində video yerləşdirib və ona "Münasibətlər üzrə mütəxəssisdən həyat məsləhəti" qeydi edib. Foks qadınlara müraciət edərək onlardan kişilərə deyil, daha çox özlərinə diqqət etmələrini xahiş edib:

"Məsləhət vermək üçün düzgün insanammı, bilmirəm. Amma məsləhətim odur ki, sadəcə nəsə öyrənin və ya hobbinizlə məşğul olun, enerjinizi oğlanlara sərf etməyin. İstədikləri tək şey sizi yormaqdır. Sadəcə davam edin. Özünüzə investisiya qoyun".

Foks və Beyker 2020-ci ildə "Midnight in the Hayfield" filminin çəkilişlərində tanış olub. Artıq bir ildən sonra sevgililər nişanlandıqlarını elan ediblər. Onlar qotika üslubunda toy təşkil etməyi planlaşdırırdılar.

Təxminən bir il əvvəl Meqan və Kolson arasındakı münasibətlərdəki çətinliklər məlum olub. Ulduzların pərəstişkarları hətta Beykerin xəyanətindən şübhələnir. Lakin Foks sonradan şayiələri təkzib edib. Münasibətlərdə problemlərin Beykerin narkotik asılılığı səbəbindən yarandığına dair fərziyyələr də var. Yeri gəlmişkən, cütlük münasibətlərini xilas etmək üçün uzun müddət psixoloqa baş çəkib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?