Xəbər lenti

İdman 18:32 19.04.2024

"Turan Tovuz" evdə "Sumqayıt"a uduzdu

Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

Qaynarinfo-nun məlumatına görə, turun açılış oyunu Tovuzda keçirilib.

"Turan Tovuz” doğma azarkeşləri önündə "Sumqayıt”ı qəbul edib. Birinci hissə qonaqların üstünlüyü şəraitində keçib. "Gənclik şəhəri” təmsilçisi ardıcıl qollar sayəsində 2 top fərqi ilə önə keçib. Əvvəlcə 15-ci dəqiqədə Şəhriyar Əliyev avtoqol müəllifi olub. 22-ci dəqiqədə isə Erik Sorqa adını tabloya yazdırıb.

Qərb təmsilçisi fasilədən dərhal sonra fərqi minimuma endirib. Otto Con 52-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirib. Lakin tovuzluların bundan artığına gücləri çatmayıb. Əvəzində qonaqlar 88-ci dəqiqədə üçüncü dəfə rəqibi mərkəzə dəvət ediblər: Səbuhi Abdullazadə fərqlənib. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə Cordan Rezabala qoyub.

Beləliklə, 4:1 hesablı qələbə qazanan "Sumqayıt” xallarının sayını 47-yə yüksəldib. "Turan Tovuz” isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 20-21-də keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->