Xəbər lenti

Ölkə 15:35 27.04.2024

Türkiyə toyuq ətinin ixracına qadağa tətbiq etməyə hazırlaşır

Türkiyənin Ticarət Nazirliyi toyuq ətinin ixracına müvəqqəti qadağa tətbiq edən qaydalar hazırlayır. Sənədin hazırlanması son mərhələdədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Tədbir ağ ətin qiymətinin artım tempini yavaşlatmaq üçün nəzərdə tutulub. Son beş ayda bu məhsul artıq 200% bahalaşıb.

Ölkədə qırmızı ətin bahalaşması fonunda problem daha da pisləşib. Belə ki, bu gün Türkiyədə mal ətinin kiloqramı təxminən 17-20 dollardır. Qiymətlər baha olduğundan əhali daha ucuz toyuq ətinə keçib. Artan tələb qiymətlərin sıçrayışına səbəb olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->