Xəbər lenti

Dünya 11:54 18.04.2024

Ukrayna döyüş meydanında dəhşətli şəraitlə üz-üzə: Pentaqon təcili köməyə çağırdı

ABŞ Müdafiə Nazirliyinin nümayəndələri Ukraynaya yardımla bağlı Nümayəndələr Palatasının üzvləri ilə görüşüblər. Onlar Ukrayna Silahlı Qüvvələrinin "döyüş meydanında dəhşətli şəraitlə” üzləşdiyi üçün müvafiq qanun layihəsinin daha tez qəbul edilməsinə çağırıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə Associated Press yazır. "İstər döyüş sursatı, istər maşın, istərsə də platforma olsun, ruslar Ukraynadan üstündür. Mən sizə deyim ki, Ukrayna hazırda döyüş meydanında dəhşətli şəraitlə üzləşib", - Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun deyib.

Pentaqonun rəhbəri Lloyd Ostinin dediyinə görə, "vaxtın böyük önəmi var”. İndi ukraynalıların qarşısında çətin vəzifə durur - cəbhə xəttini saxlamaq.
"Biz artıq görürük ki, döyüş meydanında vəziyyət bir qədər Rusiyanın xeyrinə dəyişməyə başlayır”, - Ostin vurğulayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->