ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens bildirid ki, prezident Vladimir Putin Ukraynada qələbə qazanarsa, ABŞ qoşunlarının Avropada rus işğalçılarına qarşı mübarizə aparmaqdan başqa yolu qalmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat
yayıb.
"İzolyasiyaçılıq heç vaxt ekspansionist niyyətli tiran rejimlərə cavab deyil və mən inanıram ki, Konqresin əksər üzvləri bunu başa düşürlər", - deyə Pens bildirib.
Onun sözlərinə görə, o, "bu an onların kompromisə gedəcəklərinə” inanır.
"Şübhə etmirəm ki, an gələcək və o, [Avropaya] sərhədi keçəcək və forma geyinmiş kişi və qadınlarımız döyüşməli olacaqlar", - ABŞ-ın keçmiş vitse-prezidenti vurğulayıb.
Onun fikrincə, "çox keçəməyəcək və sərhədi keçəcək və bizim insanlarımız NATO müqaviləsinin 5-ci maddəsinə əsasən uyğun olaraq döyüşə getməli olacaqlar".
"İkincisi, düşünürəm ki, çox keçmədən Tayvan boğazında və ya Cənubi Çin dənizində hərəkətlər görəcəyik", - Pens bildirib.
Nizami Bağırov
Şərhlər