Xəbər lenti

İdman 18:10 23.04.2024

Ukraynalı futbolçu "Real Madrid"in təklifini rədd etdi

"Real Madrid"in və Ukrayna millisinin qapıçısı Andrey Lunin İspaniya klubu ilə yeni müqavilə imzalamaq fikrində deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə "TodoFichajes" məlumat yayıb.

Mənbənin sözlərinə görə, ukraynalı müqavilənin şərtlərinin təkmilləşdirilməsinə baxmayaraq, klubun yeni sözləşmə təklifini rədd edib. Lunin komandada oynayacağı roldan əmin deyil və Tibo Kurtuanın kölgəsində qalmaqda davam etmək istəmir. 

Bildirilir ki, "Mançester Yunayted" qapıçıya "Real Madrid"in təklifindən xeyli üstün şərtlər təklif etməyə hazırdır, həmçinin ukraynalıya komandada bir nömrəli qapıçı rolu vəd edir. 

Luninin "Real Madrid"lə hazırkı müqaviləsi bir ildən sonra başa çatır. Qolkiper 2018-ci ildən İspaniya klubunda çıxış edir. O, "Kral Klubu"na "Zarya Luqansk"dan 8,5 milyon avroya transfer olunub. Cari mövsümdə 28 rəsmi oyuna çıxan qapıçı 25 qol buraxıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->