Xəbər lenti

Ekonomiks 17:05 15.09.2023

Vüqar Əhmədov Göygöldə vətəndaşları qəbul etdi

"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Göygöl rayonunda vətəndaşları qəbul edib.

Qaynarinfo-nun "Azərişığ”a istinadən verdiyi məlumata görə, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 15-i saat 10:00-da Göygöldə Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?