Xəbər lenti

Dünya 19:11 16.04.2024

Zelenski: "Rusiya ilə danışıqlara getməyəcəyik, çünki..."

Ukrayna Rusiya ilə danışıqlara getməyəcək. 

Qaynarinfo xəbər verir ki, bunu PBS telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Moskvanın sülh istəmədiyi barədə məlumat alıb.

"Beləliklə, biz başa düşürük ki, Rusiya prezidenti Vladimir Putin heç bir danışıqlara hazır deyil. O, bunu istəmir. Bu onu maraqlandırmır. Bu onun üçün qələbə deyil. Onun qələbəyə ehtiyacı var", deyə Zelenski bildirib.

Eyni zamanda, prezident qeyd edib ki, Kiyev münaqişənin həllini Rusiya hakimiyyəti və diplomatları ilə deyil, digər ölkələrlə müzakirə etməyə hazırdır.

İranın İsrailə hücumu və müttəfiqlərin dəstəyi barədə danışan Zelenski bildirib ki, İsrail tək başına belə çoxsaylı, güclü zərbədən qoruna bilməzdi:

"Mən inanıram ki, bu, bütün dünya liderləri üçün bir siqnaldır. Şübhəsiz ki, Fransa, İordaniya, Böyük Britaniya, ABŞ cavab verdi və İsrailin müdafiəsinə dəstək olub. Bu, İsrail üçün ciddi bir müdafiə qalxanıdır və çox vacibdir. İsrail tək başına belə çoxsaylı, güclü zərbədən qoruna bilməzdi. Və burada, şübhəsiz ki, hava hücumundan müdafiə və aviasiyadan istifadə etdilər, açıq desək, Ukraynada çatışmayan bir çox şey var. Amma bu, müttəfiqliyin kağız üzərində yox, havada, yerdə, əməldə nümayişidir. Və bu, hər kəs üçün vacib bir siqnaldır. Yəni, Ukrayna öz səmasını özü qoruyur. Şübhəsiz ki, bizim bu və ya digər avadanlıqla təchiz edən müttəfiqlərimiz var, amma bizdə kəsir mövcuddur. Ən əsası odur ki, İsrail təkbaşına müdafiə olunmurdu. Müttəfiqlərin müdafiəsi var idi. Əgər o müdafiə olmasaydı, qan töküləcək, daha çox ölüm olacaqdı".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?