Xəbər lenti

İdman 11:42 01.10.2022

Acun Ilıcalı məşhur gürcü məşqçini postundan göndərdi

İngiltərə çempionşipində çıxış edən "Hall Siti" baş məşqçi Şota Arvelatze ilə yolları ayırıb.

Qaynarinfo xəbər verir ki, türkiyəli aparıcı Acun Ilıcalının rəhbəri olduğu klub ötənlərin məşhur gürcü futbolçusu ilə vidalaşdığını açıqlayıb. 

Klubun rəsmi saytı vasitəsilə verilən açıqlamada yanvardan bəri klubu çalışdıran mütəxəssislə  qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildiyi bildirilib. Həmçinin onun kömkəçisi Peter van der Veen də göndərilib. Komanda müvəqqəti olaraq Endi Davsona tapşırılıb.  

"Hall Siti”nin Şotanın baş məşqçiliyi altında 30 oyun keçirib.  Bunlardan 9-da qələbə qazanan 15 məğlubiyyət görüb, 6 heç-heçə edib. Bu da gürcü gürcü məşqçinin orta hesabla hər oyuna 1,10 xal toplaması anlamına gəlir.

Bu mövsüm meydana çıxdığı 10 oyunda 11 xal qazanan "Hall Siti" turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Klubun rəsmi saytına bununla bağlı açıqlama verən Ilıcalı "Millilərin oyununa görə yaranmış fasilə zamanı Şota ilə komanda və klubun gələcəyi ilə bağlı bir neçə görüş keçirdik. Bu görüşlər nəticəsində fikirlərimizin üst-üstə düşmədiyi üzə çıxdı və yollarımızı ayırmaq qərarına gəldik. Şota və Peterə təşəkkür edirəm. Dərin ehtiram və gələcək üçün sevgi dolu arzularla ayrılırıq. İndi diqqətimiz Endidədir. Məqsədimiz komandanı dəstəkləmək və bu klubu irəli aparmaq üçün mümkün olan ən yaxşı namizədi tapmaqdır” - sözlərini söyləyib.
 
Arvelatzedən sonra boş qalan posta namizədlər arasında məşhur türkiyəli mütəxəssislər Şenol Günəşlə Fatih Terim də yer alıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->