Xəbər lenti

İdman 13:36 26.04.2024

Azarkeşlər kütləvi təhqir etdi, "Kəpəz" cəzalandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 31-ci turu və ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən matçlarla bağlı aşağıdakı qərarlar çıxarılıb. 

"Turan Tovuz” – "Sumqayıt” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

"Turan Tovuz” – "Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 51.2);

"Turan Tovuz” – "Sumqayıt” oyununun birinci hissəsi bitdikdən sonra "Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə "Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);

"Turan Tovuz” – "Sumqayıt” oyununda "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

"Qarabağ” – "Qəbələ” oyununun 66-cı dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

"Zirə” – "Neftçi” oyununun 67-ci dəqiqəsində "Zirə” klubunun 29 nömrəli futbolçusu Ceyhun Nuriyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Zirə” klubu 500 manat cərimə edilir (maddə 36.5);

"Zirə” – "Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Zirə” klubu 800 manat cərimə edilir (maddə 51.2);

"Kəpəz” – "Sabah” oyununun 87-ci dəqiqəsində "Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

"Araz-Naxçıvan” – "Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Azərbaycan Kubokunda yarımfinalın "Qarabağ” – "Neftçi” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->