Xəbər lenti

İdman 15:44 12.03.2024

Alp dağlarında beş xizəkçinin cəsədi tapıldı

İsveçrədə Alp dağlarında yoxa çıxan altı xizəkçinin beşindən bəd xəbər gəlib.

Qaynarinfo-nun məlumatına görə, axtarış-xilasetmə işlərini aparan qruplar beş nəfərin cəsədini tapdıqlarını açıqlayıb. Daha bir xizəkçinin isə axtarışları davam edir.

Şənbə günü yoxa çıxan qrup 3706 metr yüksəklikdəki "Tete Blanche" dağının yaxınlığında xizək turuna çıxıb. Xizəkçilər məşhur "Matterhorn" zirvəsinin yerləşdiyi Zermattdan İsveçrə-İtaliya sərhədinə doğru, Arolla şəhərinə yola düşüblər.

Polisdən verilən açıqlamada, itkin düşən altı nəfərdən beşinin həyati əlamətləri olmadan tapıldığını bildirilib. Yerli polis çətin hava şəraiti səbəbindən axtarış-xilasetmə işlərinin dayandırıldığını bildirib. Alp dağlarında günlərdir təsirli olan güclü külək və qar nəticəsində işlərin dayandırıldığı açıqlanıb. Zermatt hava xilasetmə xidmətinin rəhbəri Anjan Truffer BBC-yə açıqlamasında, pis hava şəraiti səbəbindən uçuşun mümkün olmadığını, güclü küləklər, qar, yüksək uçqun riski və sıfır görünmə səbəbindən axtarış-xilasetmə işlərində helikopterlərdən istifadə edə bilmədiklərini deyib.  Truffer, qrupun uçquna deyil, böyük ehtimalla pis hava şəraitinə tab gətirə bilmədiyini söyləyib. Onların itdiyi ərazidə uçqun riskinin az olduğu bildirilib. İtkin düşmüş qrupla son əlaqə gecə saatlarında yaradılıb. 

Sözügedən marşrut yalnız ən təcrübəli xizəkçilər üçün uyğundur və tamamlanması bir neçə gün çəkir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->