Xəbər lenti

İdman 22:20 12.06.2023

Alveşin tələbi növbəti dəfə rədd edildi

Yanvarın 20-də İspaniyanın Barselona şəhərində bir gecə klubunda bir qadına qarşı cinsi təcavüzdə ittiham olunan və həbs edilən braziliyalı futbolçu Dani Alvesin gözlənilən mühakimə tələbi növbəti dəfə rədd edilib.

Qaynarinfo-nun məlumatına görə, beş aydır həbsdə olan təcrübəli müdafiəçi ötən həftə vəkili vasitəsilə azadlığa buraxılması üçün həbssiz mühakimə istəmişdi. Ancaq məhkəmə futbolçunun vəsatətinin rədd edib. Məhkəmə daha əvvəl 3 dəfə azadlığa buraxılma tələbini rədd etsə də, gələcəkdə yeni vəsatətlərin olmayacağı, işə indi baxılacağı və hakimin qərarının gözləniləcəyi bildirilib.

Müdafiəçi övladlarının (15 və 17 yaşlarında) sentyabrdan etibarən Barselonada məktəbə gedəcəyini bildirib və İspaniyadan qaçma riskinin olmaması səbəbilə həbssiz mühakimə istəmişdi.

Ötən ilin dekabrında keçən gecə Barselona şəhərindəki diskotekada 23 yaşlı qadına cinsi təcavüz etməkdə günahlandırılan Alveş yanvarın 20-də həbs olunub. İfadələrini 3 dəfə dəyişdirən və son olaraq "cinsi əlaqəni etiraf etmək, həyat yoldaşına xəyanətini gizlətmək və həyat yoldaşını qorumaq üçün" yalan danışdığını bildirən 39 yaşlı Alveş "Brains 1", daha sonra təhlükəsizlik səbəbiylə "Brains 2" həbsxanasına köçürülüb. İspaniyada mövcud qanunlara görə, Alveşi 1 ildən 12 ilə qədər həbs gözləyir. Model həyat yoldaşı Coana Sanz cinsi təcavüz iddialarından sonra braziliyalı futbolçudan ayrıldığını açıqlasa da, boşanma hələ rəsmiləşməyib.

Karyerası ərzində "Sevilya”, "Barselona”, "Yuventus”, PSJ və "Sao Paulo” kimi komandalarda çıxış edən Alveş həbs olunduqdan sonra sonuncu klubu Meksika "UNAM”ı ilə müqaviləyə xitam vermişdi. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->