Xəbər lenti

İdman 13:16 29.02.2024

Araz Abdullayev Qazaxıstanda oynayacaq? - Menecer açıqladı

Azərbaycan millisinin üzvü Araz Abdullayev karyerasını Qazaxıstanda davam etdirəcək. Bu barədə sözügedən ölkə mətbuatında xəbərlər yer alıb. Xəbərlərdə onun, Astana təmsilçisi "Jenis”lə müqavilə imzaladığı bildirilib.

Azərbaycanlı menecer Vaqif Heydərli Abdullayevin Qazaxıstan klubuna keçib-keçməməsi ilə bağlı fikirlərini Qaynarinfo-ya bölüşüb: 

"Bu haqda heç bir məlumatım yoxdu. Qazaxıstandan jurnalist zəng vurmuşdu. Arazın transfer vərəqəsinin gecikməsinin səbəbini soruşmuşdular. Cavab verdim ki, yəqin Kosova olduğuna görə gecikmə halı yaşanır. Başqa heç bir məlumatım yoxdur. Ona hardansa təklif olub-olmadığını da bilmirəm”.

Bu ilin yanvarından azad agentə çevrilən Abdullayevin son klubu Kosova təmsilçisi "Lapi” olub. 

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?